"İnter" mövsümün əvvəlində icarəyə götürdüyü Aleksis Sançesi birdəfəlik transfer edib. FutbolPlanet.Az xəbər verir ki, bunu Milan təmsilçisinin mətbuat xidməti açıqlayıb. 31 yaşlı çilili hücumçu Milan təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. O, 2023-cü ilin yayına qədər “İnter”in şərəfini qoruyacaq. “Mançester Yunayted”lə müqaviləsini pozan Aleksis yeni klubuna azad agent kimi keçib.