“Vulverhempton”un şərəfini qoruyan millimizin üzvü Renat Dadaşovun “Koventri Siti”yə keçidi baş tutmayıb. FutbolPlanet.Az xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmayıb. Xəbərdə Renatın yanvarda digər Çempionşip təmsilçisi “Birmingem”ə keçidinin reallaşmadığı xatırladılıb. Bundan başqa, "Vulverhempton"un millimizin üzvünü icarəyə verməyi düşündüyü vurğulanıb.