"Bornmut"un futbolçusu Nathan Akenin "Mançester Siti"yə keçidi rəsmiləşib. FutbolPlanet.Az xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. "Siti" hollandiyalı oyunçunun keçidi üçün qarşı tərəfə 41 milyon funt sterlinq ödəyib.

"Bornmut" Niderland millisinin üzvünü 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer edib. O, bu mövsüm Premyer Liqada 29 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.