"Barselona" futbolçusu Nelson Semedu ilə müqavilənin müddətini uzatmaqla bağlı danışıqlar aparır. FutbolPlanet.Az xəbər verir ki, Kataloniya klubu portuqaliyalı müdafiəçi ilə 2015-ci ilin iyununda başa çatacaq yeni müqavilə imzalamaq, onun maaşını artırmaq istəyir. "Barselona" eyni zamanda 26 yaşlı oyunçunun hazırkı təzminat qiymətini (100 milyon avro) artırmağı planlaşdırır.