La Liqada geridə qalan 2019-20 mövsümünün ən yaxşı driblinqçiləri müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, aktivində 182 uğurlu driblinq olan Lionel Messi ("Barselona") hamını qabaqlayaraq birinci olub. Nabil Fekir ("Betis") 98 driblinqlə ikincidi. "Vilyarreal"ın oyunçusu Andre Zambo-Anqiss isə "ilk üçlüy"ü qapayır.

Messi son 10 il ərzində 6 dəfə La Liqada ən yaxşı driblinq ustası seçilib.