"Liverpul"dan ayrılan Adam Lallananın yeni klubu bəllidir. FutbolPlanet.Azxəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi "Brayton"a keçib. İngiltərə millisinin keçmiş üzvü yeni klubunda 14 nömrəli forma altında çıxış edəcək. Təcrübəli oyunçu ilə 3 illik müqavilə imzalanıb. "Liverpul" ingilis futbolçunu 2014-cü ildə "Sauthempton"dan 25 milyon funt-sterlinqə transfer etmişdi.