İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün çempionu olan “Liverpul”un baş məşqçisi Yurgen Klopp ilin məşqçisi seçilib. FutbolPlanet.Az xəbər verir ki, o, İngiltərə Məşqçilər Birliyi tərəfindən bu ölkədə çalışan mütəxəssislər arasında keçirilmiş sorğuda bütün həmkarlarını qabaqlayıb. Almaniyalı mütəxəssis "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Fergüssonun adını daşıyan mükafata layiq görülüb. “Lids”in baş məşqçisi Marselo Byelsa isə Çempionşipdə ilin ən yaxşısı seçilib. Beylsa “Lids”i 16 il sonra Premyer Liqaya çıxarıb.