AFFA prezidenti Rövnəq Abdullayev Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasında 2020/2021 mövsümünün püşkatma mərasiminə qatılacaq. FutbolPlanet.Az xəbər verir ki, onunla yanaşı, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan millisinin məşqçisi Arif Əsədov da tədbirdə iştirak edəcəklər.