Bu gün "Avro-2016"nın qrup mərhələsində II tura start verilib. FutbolPlanet.Az xəbər verir ki, ikinci tur Rusiya - Slovakiya matçı ilə başlanıb.

 

15 iyun (çərşənbə günü)

AVRO-2016, II tur

 

B qrupu

17:00. Rusiya - Slovakiya - 1:2

Qollar: Qluşakov, 79 - Veiys, 32, Hamşik, 45

Baş hakim: Damir Skomina (Sloveniya)

Lill. "Pyer Morya" stadionu.

 

A qrupu

20:00. Rumıniya - İsveçrə - 1:1

Qollar: Stanku, 18 (penalti) - Mehmedi, 57

Baş hakim: Sergey Karaşev (Rusiya)

Paris. "Park de Prens" stadionu.

 

A qrupu

23:00. Fransa - Albaniya - 2:0

Qollar: Qrizman, 90, Paye, 90+6

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

Marsel. "Velodrom" stadionu.