III Bundesliqada çıxış edən "Proyssen" klubunda forma geyinən Rüfət Dadaşov növbəti dəfə millimizə dəvət alıb. FutbolPlanet.Az xəbər verir ki, 28 yaşlı hücumçu Millətlər Liqasında Farer adaları və Kosovo ilə görüşlər üçün yığmaya cəlb olunub.

Yığmamız noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək, 3 gün sonra isə qrup mərhələsinin son matçı çərçivəsində Kosovonun qonağı olacaq.