Rusiya və İngiltərə milliləri Avropa çempionatından qovula bilər. FutbolPlanet.Az xəbər verir ki, buna hər 2 yığmanın azarkeşləri arasında iğtişaşların davam etməsi səbəb ola bilər. UEFA yaydığı bəyanatda bildirib ki, əgər 2 ölkənin azarkeşləri yarışın keçirildiyi müddətdə iğtişaşları davam etdirsə, bu zaman qitənin ali futbol qurumu sərt tədbirlərə əl atmalı olacaq. Həmin tədbirlər sırasında komandaların yarışdan uzaqlaşdırılması da yer alır.

Qeyd edək ki, rus və ingilis azarkeşləri arasında Marsel şəhərində yaşanan davada 30-dan çox yaralı olub. İlk turda keçirilən Rusiya - İngiltərə matçından sonra da fanatlar arasında dava-dalaş səngiməyib. Məhz bu üzdən UEFA Rusiya Futbol İttifaqına qarşı intizam işi açıb.