Türkiyə millisi Avropa çempionatında ilk matçda Xorvatiyaya 0:1 hesabı ilə uduzub. FutbolPlanet.Az xəbər verir ki, oyundan sonra komandanın kapitanı Arda Turan fikirlərini açıqlayıb. Təcrübəli yarımmüdafiəçi oyuna görə Türkiyə xalqından üzr istəyib və qrupdan çıxmaq üçün sonadək mübarizə aparacaqlarını söyləyib. O, həmçinin, çətin qrupa düşdüklərini sözlərinə əlavə edib.