Bu gün AFFA İcraiyyə Komitəsinin iclası baş tutub. FutbolPlanet.Az xəbər verir ki, I Divizionla Premyer Liqa klublarının əvəzedici heyətlərinin yarışının birləşdirilərək, vahid çempionatın keçirilməsi haqda qərar qəbul edilib. Qərara əsasən, I Divizionla əvəzedicilər birləşdirilib. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov söyləyib. Onun sözlərinə görə, 12-14 komanda yarışda iştirak edəcək.