Polis FİFA-nın Surixdəki mənzil-qərargahında axtarışlar aparıb. FutbolPlanet.Az xəbər verir ki, ofisdəki sənədlər və elektron məlumatlar yoxlanılıb. İsveçrə məhkəməsinin qərarına əsasən, həyata keçirilən əməliyyatın FİFA-nın sabiq prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Valke ilə bağlı olduğu deyilib.

Xatırladaq ki, FİFA-nın Etika Komitəsi rüşvət almaları ilə bağlı Blatteri 6, Valkeni isə 12 il müddətinə futbol müsabiqələrində fəaliyyətdən uzaqlaşdırıb.