Argentina millisinin və "Barselona"nın əsas üzvü Lionel Messi növbəti dəfə məhkəmə qarşısına çıxıb. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli hücumçu vergidən yayınmaqda günahlandırılır.

Barselona Şəhər Məhkəməsində keçirilən prosesdə futbolçunun atası Xorxe Horasio şahid qismində ifadə verib. O, oğlunun pul məsələləri ilə maraqlanmadığını deyərək bütün məsuliyyəti öz üzərinə götürüb. Horasio bildirib ki, bütün bunlar yanlış anlaşılma nəticəsində ortaya çıxıb. Barselona hakimi Raquel Amado tərəfindən 2013-cü ildə başlanan məhkəmədə Messi və atasının 2007, 2008 və 2009-cu illərdə gəlir vergisi bəyannamələrində 4 milyon avrodan çox qanunsuzluq etdiyi bildirilib. Ona 1 il 10 ay 15 gün həbs istənilib.

Xatırladaq ki, Messi haqqında araşdırmalara 2013-cü ildən başlanılıb.