PSJ-də forma geyinən Edinson Kavani klubunu dəyişməyəcək. FutbolPlanet.Az xəbər verir ki, fransız klubu "Yuventus"un maraq dairəsində olan aparıcı üzvünü satmaq fikrində deyil. Artıq paytaxt təmsilçisi uruqvaylı hücumçuya 2 illik yeni müqavilə də təklif edib. Əgər Kavani bu təklifi qəbul etsə, 2020-ci ilədək Paris klubunda qalacaq.