"Barselona"da çıxış edən Arda Turan növbəti mövsümdə də ispan nəhənginin uğurları üçün tər tökəcək. FutbolPlanet.Az xəbər verir ki, bunu klubun texniki məsələlər üzrə katibi Robert Fernandez deyib. O, növbəti mövsümdə hər hansı bir kluba icarəyə verilməsi gözlənilən türkiyəli futbolçuya inandıqlarını bildirib.

Xatırladaq ki, "Atletiko"nu "Barsa"ya dəyişən Ardanın klubla sözləşməsi 2020-ci ilədək qüvvədədir.