AZAL-da top qovan İlqar Ələkbərov karyerasını Türkiyədə davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, Ələkbərov PTT I Liqasında mübarizə aparan "Denizlispor" və həmin Liqanı tərk edən "Karşıyaka"nın maraq dairəsindədir. 23 yaşlı futbolçu hazırda danışıqlar apardığı Denizli klubuna daha yaxın görünür. Əgər danışıqlar müsbət nəticə versə, tərəflər arasında münasibətlər rəsmiləşəcək.