"Zenit"də 2015/2016 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, rus klubunun azarkeşləri arasında keçirilən sorğuya əsasən, Halk geridə qalan mövsümün ən yaxşısı olub.

Maraq üçün bildirək ki, 29 yaşlı oyunçu son mövsüm ölkə çempionatında keçirdiyi 27 oyuna 17 qol vurmağı bacarıb. O, həmçinin, 20 məhsuldar ötürmə ilə də yadda qalıb.