“Zirə”də heyətlə bağlı çalışmalar davam edir. FutbolPlanet.Az xəbər verir ki, komanda ilk transferini də reallaşdırıb. Belə ki, Tural Cəlilov "qartalllar"ın sırasına qoşulub. Təcrübəli müdafiəçi ilə 1 illik müqaviləyə imza atılıb. Futbolçu ötən mövsüm “Xəzər Lənkəran” klubunun şərəfini qoruyub. Peşəkar karyerasına “Ədliyyə”də başlayan Tural, “Gənclərbirliyi”, “Simurq” və “Rəvan”da da çıxış edib. Cəlilov Azərbaycan yığmasının da formasını geyinib.