"Real" "Bavariya"da çıxış edən David Alabanı almaq istəsə də, arzusu ürəyində qalıb. FutbolPlanet.Az xəbər verir ki, alman klubu müdafiəçisini "kral klubu"na satmaqda maraqlı olmayıb. İspan nəhəngi arzusunu reallaşdırmaq üçün qarşı tərəfə 50 milyon avroluq təklif göndərsə də, "hə" cavabını ala bilməyib. Münhen klubu avstriyalı futbolçusunu 80 milyon avrodan aşağı qiymətə satmayacaqlarını bəyan edib.