Azərbaycan çempionu olmaqla ölkəmizi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanan "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. FutbolPlanet.Az xəbər verir ki, artıq Ağdam təmsilçisinin qarşılaşa biləcəyi bütün potensial rəqibləri məlumdur. "Qarabağ"ın rəqibi ola biləcək bütün komandaların siyahısını təqdim edirik:

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), "Flora” (Estoniya), "Valletta” (Malta), "Santa Koloma” (Andorra), "Torshavn” (Farer adaları);

Səpələnməmişlər: "Linkoln” (Cəbəllütariq), "Alaskert” (Ermənistan), "Liepaya” (Latviya), "Feronikeli” (Kosovo), "Tre Penne" (San-Marino).

II təsnifat mərhələsi

Səpələnmişlər: "Zalsburq” (Avstriya), "Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Leqiya” (Polşa), "Dinamo” (Zaqreb, Xorvatiya), "Ludoqorets” (Bolqarıstan), "Kopenhagen” (Danimarka), "Qarabağ” (Azərbaycan), "Rusenborq” (Norveç), "Astana” (Qazaxıstan), "Skenderbeu” (Albaniya), "Srvena Zvezda” (Serbiya), "Dinamo” (Tiflis, Gürcüstan), "Hafnarfyordür” (İslandiya), "Trençin” (Slovakiya), "Şerif" (Moldova);

Səpələnməmişlər: "Olimpiya” (Sloveniya), "Düdelanj” (Lüksemburq), "Ferentsvaroş” (Macarıstan), "Vardar” (Makedoniya), "Dandalk” (İrlandiya), SİK (Finlandiya), , "Norçöpinq” (İsveç), "Kruzaders” (Şimali İrlandiya), "Zrinski” (Bosniya və Herseqovina), "Mladost” (Monteneqro), "Jalqiris” (Litva), "Hapoel” (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 5 qalibi.

Xatırladaq ki, Çempionlar Liqasının püşkü iyunun 20-də Nyonda atılacaq.