Belçika millisinin üzvü Nikolas Lomberts "Avro-2016"da iştirak edə bilməyəcək. FutbolPlanet.Az xəbər verir ki, 31 yaşlı müdafiəçi zədə ucbatından mundialı kənardan izləyəcək.

Məlumatı yığmanın baş məşqçisi Mark Vilmots da təsdiq edib. O, zədəsinə görə Nikolası heyətdən çıxardıqlarını, əvəzində, "Genk"də forma geyinən Kristian Kabaseli milliyə cəlb etdiklərini qeyd edib.