"Kəpəz" 6 üzvü ilə yollarını ayırıb. FutbolPlanet.Az xəbər verir ki, Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitdiyi üçün, Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov, Junior Osvaldo isə müqaviləsi başa çatdığı üçün Gəncə təmsilçisini tərk edib.

Bundan başqa, baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə müqavilə müddəti artılıb. Onlardan 2-si əcnəbi, digərləri yerlilərdir. Bütün futbolçularla yeni 1 illik anlaşma imzalanıb. Müqaviləsi uzadılan oyunçular aşağıda adları qeyd olunanlardır: Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev, Julien Ebah. "Qarabağ"dan icarə əsasında 2015/2016 mövsümündə “sarı-göylər”in heyətində çıxış edən Şəhriyar Əliyevin icarə müddəti daha 1 illiyinə uzadılıb.