Son İngiltərə çempionu “Lester Siti” heyətini gücləndirib. FutbolPlanet.Az xəbər verir ki, ingilis klubu "Hannover"dən ayrılan alman qapıçı Ron-Robert Tsileri transfer edib. Məlumatı "Hannover"in rəsmi saytı da təsdiqləyib. 2014-cü ilin dünya çempionu müqavilə üçün İngiltərəyə yollanıb. Böyük ehtimalla, o, ən azı gələn mövsümü Premyer Liqada keçirəcək.