Meksika millisinin üzvü Alan Pulido ölkənin şimalında yerləşən Tamaulipas ştatından oğurlanıb. FutbolPlanet.Az xəbər verir ki, hücumçu Yunanıstanın "Olimpiakos" klubunun da oyunçusudur. 25 yaşlı futbolçu doğma şəhəri Siudad-Viktoriya şəhərinin yaxınlığında oğurlanıb. O, şənbə günü əylənmək üçün şənliyə gedərkən, avtomobilini 6 üzümaskalı şəxslər əhatəyə alıb.

Maraq üçün bildirək ki, Meksikada iri narkokartellər tərəfindən həyata keçirilən oğurluqlar çox olur. Bu baxımdan, Tamaulipas ən təhlükəli ştatlardan biridir.