"Barselona"da forma geyinən Daniel Alveş karyerasını İtaliyada davam etdirəcək. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli müdafiəçi "Yuventus"la anlaşıb. Turin təmsilçisi 33 yaşlı oyunçu ilə ən azı 2 illik müqavilə bağlamağı düşünür. Təcrübəli futbolçu "Yuve"də ilinə 5 milyon avro qazanacaq. Klub rəhbərliyi tezliklə Alveşin keçidini rəsmən bəyan edəcək.