Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. FutbolPlanet.Az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 95 min nəfərə çatıb.

Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 95000-ci üzvü “Coca-Cola Məktəbli Kuboku” turnirində çıxış edən Sabirabad rayon N.Həmidov adına Axıska kənd orta məktəbin 7-cı sinif şagirdi Kamal Bektemir oğlu Muradovdur.