Portuqaliyalı millisinin və Madrid "Real"ının aparıcı üzvü Kriştiano Ronaldo maraqlı açıqlamalar verib. FutbolPlanet.Az xəbər verir ki, ulduz futbolçu "kral klubu" ilə 2018-ci ildə başa çatacaq müqaviləni uzatmaq istədiyini bildirib: "Burada xoş və pis günlərim olub. Ancaq səmimi olmağımı istəyirsinizsə, oynamaq üçün "Real"dan daha yaxşı klub görmürəm. 41 yaşımadək futbol oynamağı düşünürəm".