“Qəbələ” Samir Zərgərov və Arif Daşdəmirovla yollarını ayırıb. FutbolPlanet.Az xəbər verir ki, 2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Daşdəmirov komandanın heyətində 46 oyun keçirib. 2015-2016-cı illər mövsümündən əvvəl heyətə qatılan Zərgərov isə “Qəbələ”də 38 oyunda meydançaya çıxıb.