Mövsümü "qızıl dubl"la bitirən "Qarabağ"da yeni müqavilələr imzalanıb. FutbolPlanet.Az xəbər verir ki, klubla sözləşməsi başa çatan Ansi Aqolli, İlqar Qurbanov, Əfran İsmayılov və Muarem Muaremlə müqavilələr yenilənib. Belə ki, sözügedən oyunçular növbəti mövsümdə də Ağdam klubunun uğurları üçün tər tökəcək.