Avstriyanın Bad Erlah şəhərində keçirilmiş Azərbaycan – Andorra oyunundan sonra millimizin baş məşqçisi Robert Prosineçkii bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, xorvat mütəxəssis rəqibə qarşı oyunda çətinlik çəkdiklərini deyib:

"Oynamaq istəməyən rəqibə qarşı oynamaq çox çətindi. Nəticəyə baxmayaraq birinci hissədən razı, ikinci hissədən narazı qaldım. Oyunumuz alınmadı, top saxlaya, hücum qura, cinahlardan aktiv istifadə edə bilmədik. Ancaq tam narazı qaldığımı da deyə bilmərəm. Əsas heyətin 9 üzvünün bugünkü oyunda iştirak etmədiyini də unutmayaq. Meydana əsasən gənclərdən ibarət heyətlə çıxmışdıq. Biz daha yaxşı oynaya bilirik. Təəssüf ki, bu gün potensialımızı tam aça bilmədik. Gözəl futbol üçün hər iki komanda oynamalı, istəkli olmalıdır. Amma rəqib buna imkan vermədi. Gənc oyunçular pis təsir bağışlamadı, ancaq ümumi götürdükdə razı qalmadım. Budaq Nəsirov, Adil Nağıyev və Tərlan Quliyev kimi oyunçular əsas millinin formasını ilk dəfə geyinirdilər.

Makedoniya və Kanada ilə qarşılaşmalarda bəzi şeyləri sınaqdan keçirmək istəyirəm".