2014-cü ildə "Neftçi"dən "Ayntraxt"a keçən Emil Balayev alman klubuna lazım olmayıb. FutbolPlanet.Az xəbər verir ki, Frankfurt təmsilçisi gənc qapıçımızla yollarını ayırıb. Məlumatı komandanın idman direktoru Brun Hübner də təsdiq edib.

Maraq üçün bildirək ki, Emil "Ayntraxt"ın heyətində rəsmi oyunlara çıxmayıb.