İspaniya kubokunun qalibi müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, həlledici qarşılaşmada "Sevilya" ilə görüşən "Barselona" ölkə kubokuna yiyələnib. Kataloniya klubu əsas hissəsi qolsuz yekunlaşan oyunun əlavə 30 dəqiqəsində 2 qol vuraraq, "qızıl dubl"a imza atıb. Bununla da "Barsa" ümumilikdə 28-ci dəfə "Kral Kuboku"nu qazanıb.