"Kəpəz" 2 legioneri ilə müqavilə müddətini uzadıb. FutbolPlanet.Az xəbər verir ki, söhbət Julien Ebah və Tadas Simaitisdən gedir. Gəncə klubu sözügedən futbolçularla 1 illik sözləşmə imzalayıb. Ebah "Kəpəz"in heyətində 29 oyunda 9 qol vurub və komandanın bombardiridi. Simaitis isə Premyer Liqanın 36, kubokun isə 1 oyununda komandasının qapısını qoruyub.