Dünən AFFA-nın inzibati binasında FIFA Connect layihəsini təmsil edən Gonteri Daniel və Matthew Cowlingin rəhbərliyi ilə seminar-görüşlər başlayıb. FutbolPlanet.Az xəbər verir ki, mayın 26-dək davam edəcək seminarda FIFA Connect layihəsinin Bakı, Sumqayıt, Qəbələ, Lənkəran, Ağsu və Gəncə şəhərlərində fəaliyyət göstərəcək ofislərinin təmsilçiləri, həmçinin peşəkar və həvəskar futbol və futzal klublarının nümayəndələri iştirak edəcəklər.