"Qarabağ" Samuel Armenterosla yollarını ayırıb. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu futbolçu ilə müqaviləni uzatmamaq qərarına gəlib. Armenteros ozünün "Twitter" səhifəsində xəbəri təsdiqləyib.

Maraq üçün bildirək ki, Samuel "Qarabağ"a 2015-ci ilin yayında keçib. O, "köhlən atlar"la 1+1 illik müqavilə bağlamışdı. Bu ildən meydana az hallarda çıxan oyunçu cari mövsüm 23 oyun keçirib və 7 qol vurub. Ölkə Kubokunun finalından sonra onunla yollar rəsmən ayrılacaq.