Azərbaycan Premyer Liqasında keçirilən son turdan sonra "İnter" istirahətə buraxılıb. FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubu iyun ayının 18-də "İnter Arena"da toplaşaraq növbəti mövsümə hazırlaşacaq.

Müqavilə müddətləri başa çatmış futbolçularla da yeni razılaşmalar əldə olunub. Belə ki, Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib. Digər futbolçularla danışıqlar gedir.