"Barselona" Arda Turanı sata bilər. FutbolPlanet.Az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

Deyilənə görə, Kataloniya klubu ona gələcək təklifləri dəyərləndirəcək. Sərfəli təklif olsa, Ardanın transferinə icazə veriləcək.

Xatırladaq ki, "Barselona" ötən il Ardanı "Atletiko"dan 35 milyon avroya transfer edib. Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.