“Qəbələ” qapıçısı Dmitri Bezotosnı ilə müqavilə müddətini uzadıb. FutbolPlanet.Az xəbər verir ki, ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 32 yaşlı qolkiper daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017 mövsümünün sonunda başa çatacaq.

2015-ci ilin əvvəlindən “Qəbələ”nin şərəfini qoruyan Bezotosnı komandamızın heyətində 2014-2015 və 2015-2016 mövsümlərində Premyer Liqanın bürünc mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 61 matçda 41 qol buraxıb. Ukraynalı qapıçı Premyer Liqada 43 oyunda 23, Azərbaycan kubokunda 6 matçda 7, Avropa Liqasında 12 qarşılaşmada 11 dəfə qapısında qol görüb. Dmitri 2015-2016-cı illər mövsümündə Premyer Liqada ən çox “quru” oyun keçirən qapıçıdır. O, meydana çıxdığı 28 matçın 18-də qapısını toxunulmaz saxlayıb.