Dünya futbolunun bir çox ulduzu "Antalyaspor"un oyunçusu Samuel Eto'onun adını daşıyan vəqfin 10-cu ildönümü ilə əlaqədar Türkiyəyə gedəcək. FutbolPlanet.Az xəbər verir ki, bununla bağlı Antalyada özəl matç keçiriləcək.

Sözügedən oyunda Messi, Neymar, Suares, Maradona, Hazard, İnyesta, Demba Ba, Droqba və Arda Turanın yer alacağı dünya komandası Türkiyə futbolçulardan ibarət komanda ilə üz-üzə gələcək. Görüş iyulun 16-da "Antalya Arena"da baş tutacaq.