Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın turnirdəki bir çox potensial rəqibi müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu sözügedən turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq.

"Köhlən atlar" püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. Komandamızın rəqibi isə "səpələnməmişlər" səbətindəki nisbətən zəif komandalardan biri olacaq. Hələlik bəlli olan potensial rəqiblərimiz bunlardır: "Olimpiya" (Sloveniya), "Vardar" (Makedoniya), "Norçöpinq" (İsveç), "Ferentsfaroş" (Macarıstan), "Kruzeyders" (Şimali İrlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Dandolk" (İrlandiya), "Mladost" (Çernoqoriya), "Helsinki" (Finlandiya), "Liepaya" (Latviya), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Skenderbeu" (Albaniya), I təsnifat mərhələsinin qalibləri də "Qarabağ"ın potensial rəqibi ola bilər. İlkin mərhələdə mübarizə aparacaq kollektivlər isə bunlardır: B-36 (Farer adaları), "Valletta" (Malta), "Linkoln" (Cəbəllütariq), "Nyu Seynts" (Uels), "Santa Koloma" (Andorra), "Flora" (Estoniya). Bu mərhələdə San-Marino və Ermənistan çempionları da mübarizə aparacaq.

Xatırladaq ki, ikinci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Oyunlar isə iyulun 12-13-də və 19-20-də baş tutacaq.