21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayın 23-dən 24-ə qədər Bakıda, mayın 25-dən iyunun 5-dək isə Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışı keçiriləcək. FutbolPlanet.Az xəbər verir ki, toplanışa 24 oyunçu dəvət olunub:

Elşən Abdullayev, Rahil Məmmədov, Fəhmin Muradbəyli, Məqsəd İsayev (hamısı “Neftçi”), Azər Salahlı, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (hamısı “Zirə”), Tural Hümbətov, Ruslan Nəsirli (hər ikisi AZAL), Elnur Cəfərov (klubsuz), Fuad Bayramov, Abbas Hüseynov, Sertan Taşkın (hamısı “İnter”), Rəşad Əzizli (“Rəvan”), Orxan Əliyev, Budaq Nəsirov (hər ikisi “Kəpəz”), Tərlan Əhmədli, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Orxan Qurbanlı (“Dauqavpils”, Latviya), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna).