Türkiyə millisi "Avro-2016"nın final mərhələsi üçün heyətini açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Fatih Terim yığmaya 31 oyunçu cəlb edib. Lakin yekun heyət mayın 31-də açıqlanacaq ki, o zaman 31 oyunçudan 8-i ilə yollar ayrılacaq.

Qapıçılar: Volkan Babacan, Onur Recep Kıvrak, Harun Tekin, Ali Şaşal Vural

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı, Sərdar Aziz, Semih Kaya, Çağlar Söyüncü, Ahmet Çalık, Hakan Balta, Caner Erkin, İsmayıl Köybaşı

Yarımmüdafiəçilər: Mehmet Topal, Səlçuk İnan, Ozan Tufan, Oğuzhan Özyakup, Hakan Çalhanoğlu, Nuri Şahin, Mahmut Tekdemir, Arda Turan, Olcay Şahan, Alper Potuk, Volkan Şen, Yasin Öztekin, Emre Mor, Gökhan Töre

Hücumçular: Burak Yılmaz, Cenk Tosun, Mevlüt Erdinç, Yunus Mallı