"Atletiko"da forma geyinən Saul Nyiqez klubla müqaviləsini uzadıb. FutbolPlanet.Az xəbər verir ki, gənc yarımmüdafiəçi paytaxt klubu ilə 1 illik yeni sözləşmə imzalayıb.

Müqaviləsi 2020-ci ildə başa çatacaq ispan oyunçu yeni sözləşməyə əsasən 2021-ci ilə qədər "Atletiko"nun uğurları üçün tər tökəcək.