Dani Alveş növbəti mövsümdə də "Barselona"da oynayacaq. FutbolPlanet.Az xəbər verir ki, bir neçə klubdan təkliflər alan təcrübəli müdafiəçi "Barsa"da qalmağı daha üstün tutub. Mövcud müqaviləsi gələn il başa çatacaq Daninin Kataloniya klubu ilə yeni sözləşməsinin detalları haqda heç bir məlumat verilməyib.