"Arsenal"ın qapıçısı Petr Çex Premyer Liqanın cari mövsümündə göstərdiyi oyuna görə mükafat qazanıb. FutbolPlanet.Az xəbər verir ki, bunadək 3 dəfə "Qızıl Əlcək" mükafatına sahib çıxan çexiyalı qolkiper cari mövsüm ən az top buraxdığından, yenidən sözügedən mükafata yiyələnib.

Cari mövsüm 34 oyuna 31 qol buraxan təcrübəli əlcək sahibi bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda qapısını toxunulmaz saxlayıb. O, bu nəticə ilə "Mançester Yunayted"in qapıçısı David de Xeanı 1 oyun qabaqlayıb.