"Mançester Yunayted"in kapitanı Ueyn Runi Premyer Liqanın son turunda "Bornmut" klubu ilə oyunda (3:1) 100-cü qolunu vurub. FutbolPlanet.Az xəbər verir ki, görüşün 43-cü dəqiqəsində qol vuran təcrübəli forvard "Old Trafford"da keçirilən ölkə çempionatı matçlarında vurduğu qolların sayını 100-ə yüksəldib.

Bununla da Runi İngiltərədə bir stadionda ən çox qol vuran ikinci futbolçu adına sahib çıxıb. Bu göstərici üzrə rekord "Arsenal"ın əfsanəsi Tyerri Anriyə məxsusdur (114 qol).