UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin 1/2 final mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya – Hollandiya qarşılaşmasının fasiləsində AFFA-nın U-19 Liqasının və “Boulevard Hotel U-15 Liqası”nın 2015/2016-cı il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi təşkil olunub. FutbolPlanet.Az xəbər verir ki, mükafatları AFFA-nın baş katibui Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, “Boulevard Hotel Baku”nun nümayəndəsi Musa Quliyev təqdim ediblər.

U-19 Liqasının qalibi “Qəbələ” komandası olub. “Zirə” ikinci, “Xəzər Lənkəran” isə üçüncü yeri tutub. “Boulevard Hotel U-15 Liqası”nda mövsümü birinci pillədə “Qəbələ” başa vurub. Sonrakı pillələrdə, müvafiq olaraq, “Xəzər Lənkəran” və “Neftçi” qərarlaşıb.