Bu gün UEFA Avropa Liqasında final matçı keçirilib. FutbolPlanet.Az xəbər verir ki, həlledici görüşdə "Liverpul" və "Sevilya" klubları üz-üzə gəlib. Son 2 mövsümdür turnirin qalibi olan ispan klubu ardıcıl 3-cü dəfə bu titula yiyələnməyə cəhd edirdi. İngilislər isə qələbə sayəsində "Sevilya"nın uğurlu seriyasına son qoymağa çalışacaqdı. Qarşılaşma "Sevilya"nın qalibiyyəti ilə yekunlaşıb. Bununla da ispanlar ardıcıl 3-cü dəfə Avroliqanın qalibi olub.

18 may (çərşənbə günü)

UEFA Avropa Liqası, final

22:45. "Liverpul" - "Sevilya" 1:3

Baş hakim: Yonas Eriksson (İsveç)

Bazel, St. Jakob-Park